Baş nazir balıq ovunda - FOTO
Bizi izləyin

Dünya

Baş nazir balıq ovunda - FOTO

Türkiyə Baş naziri Əhməd Davudoğlu İstanbulda Haliç sahilində vətəndaşlarla birlikdə balıq tutub.

ANS-in məlumatına görə, Yeni Caminin önündə avtomobilindən düşərək bir müddət vətəndaşlarla birlikdə gəzib, şəkillər çəkdirib.

Vətəndaşların şikayətlərini dinlədikdən sonra baş nazir piyada Qalata körpüsünə doğru gedib. Körpüdə balıqçılarla söhbət etdikdən sonra Davudoğlu onlarla birlikdə balıq da tutub.

Küçədə səyyar satıcılardan aldığı şabalıdı da ətrafındakı vətəndaşlara paylayıb. Sakinlər tərəfindən alqışlanan baş nazir əllərində Türkiyə bayrağını daşıyan qazilərlə də şəkil çəkdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm