Erməni hərbçilər qəzaya uğradı - FOTO
Bizi izləyin

Dünya

Erməni hərbçilər qəzaya uğradı - FOTO

Spitak-İrəvan yolunda dərəyə aşan hərbçilərlə dolu avtomobildən olanlardan birinin vəziyyəti ağırdır.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mərkəzi kliniki hospitalın nümayəndəsi, mayor Artaşes Xaçatryan açıqlama verib.

O, bildirib ki, yaralı əsgər Mqer Şavirşyanın sağalması mümkünsüzdür, onun ölmə ehtimalı daha çoxdur. Əsgərin bədəninin sümüklərinin əksəriyyəti sınıb, çox güclü travma alıb. Onun sözlərinə görə, 3 əsgərin vəziyyəti isə stabildir.

Qeyd edək ki, dünən Spitak-İrəvan yolunda hərbçiləri daşıyan avtomoil dərəyə aşmışdı. 20 yaşlı Artem Tovmasyan ölüb, 8 nəfər isə yaralanıb./ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm