Estoniya prezidenti ikinci dəfə boşanır
Bizi izləyin

Dünya

Estoniya prezidenti ikinci dəfə boşanır

Estoniya prezidenti Toomas Hendrik İlves və həyat yoldaşı Evelin İlves boşanmaq qərarına gəliblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası tərəfindən verilən yazılı açıqlamada deyilir.

Boşanma qərarının tamamilə xüsusi bir vəziyyətdən qaynaqlandığı bildirilib. Cütlüyə məxsus Erma turist kompleksinin tamamilə Estonya prezidentinin nəzarətinə keçəcəyi və prezidentin 300 min avro dəyərindəki kredit və maliyyə öhdəlikləri üzərinə götürəcəyi qeyd edilir.

Paytaxt Tallinin Rocca al Mare bölgəsindəki 3 otaqlı mənzil Evelin İlvesin ixtiyarına keçəcək. Boşanma barədə qərarın qüvvəyə minməsindən sonra həkim diplomuna sahib “first lady” dövlət başçısının həyat yoldaşı olduğu üçün aldığı 2100 avrodan məhrum olacaq, həmçinin avtomobil, sürücü, köməkçi və təhlükəsizlik xidmətindən yararlana bilməyəcək.

2004-cü ildə evlənən cütlüyün bir qız uşağı var.

Qeyd edək ki, bu, Estoniya prezidentinin həyatındakı ikinci boşanma olacaq. Dövlət başçısının ilk həyat yoldaşı amerikalı psixoloq Merry Bullok olub. “First lady” 7 avqust 2014-cü ildə paytaxt Tallində bir kafedə başqa kişi ilə öpüşərkən çəkilən fotoşəkillər yayılmışdı. Sözügedən hadisə 1,3 milyonluq ölkədə böyük skandala səbəb olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm