Dünya
Türkiyə ermənilərindən Papaya sərt cavab: "Öz işinlə məşğul ol”
Türkiyənin Hatay vilayətinin Vakıflı kəndində yaşayan erməni əsilli türk vətəndaşları Roma Papasının 1915-ci il hadisələri ilə bağlı çıxışına sərt münasibət bildiriblər.
Axar.az xəbər verir ki, kəndin erməni camaatının sədri Cem Çapar bu məsələni siyasiləşdirməyin doğru olmadığını, ermənilərin burada türklər və müsəlmanlarla birlikdə qardaşca yaşadığını deyib.
Məhəllədəki erməni əsilli vətəndaşlardan Musa Emnikyan da uzun müddətdir Türkiyədə yaşadığını və heç bir çətinliyinin olmadığını bildirib:
“Mən Türkiyə vətəndaşıyam və 76 milyon adamdan biriyəm. Biz dünyada sülh istəyirik. Heç kimdən gözlədiyimiz bir şey yoxdur. Allah dövlətimizi və bayrağımızı qorusun”.
Qeyd edək ki, Suriyadakı qarşıdurmalara görə, bu ölkədə yaşayan ermənilərə ilk yardım əlini uzadan Türkiyə olub və buradakı ermənilər də Vakıflıdakı soydaşlarının yanına yerləşdiriliblər.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO