• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ukrayna Hərbi Dəniz Donanmasının komandanı vətənə xəyanət etdi

  • Dünya
  • 2 Mart 2014 22:54
  • 971 Baxış
Ukrayna Hərbi Dəniz Donanmasının komandanı vətənə xəyanət etdi

Denis Berezovski vəzifəsindən azad edilib və onun barəsində cinayət işi açılıb

Ukrayna prezidenti əvəzi Aleksandr Turçinov Silahlı Qüvvələrin Denis Berezovskini vəzifəsindən azad edib.

Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, bu barədə Milli Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən brifinqdə Təhlükəsizlik Şurası sədrinin müavini Victoriya Syumar bildirib.

"Baş prokurorluğunda Cinayət Məcəlləsinin 111-ci (vətənə xəyanət) maddəsi ilə Denis Berezovskiyə qarşı cinayət işi açılıb" .

Syumar əlavə edib ki, Müdafiə naziri əvəzi İqor Tenyuxa töhmət verilib.

Xatırladaq ki, Berezovski Rusiya hərbçilərinin təzyiqlərinə davam gətirməyib və müqaviməti dayandırıb. O, martın 1-də Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR