• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiya müxalifəti birləşir

  • Dünya
  • 19 Aprel 2015 09:11
  • 377 Baxış
Rusiya müxalifəti birləşir

Rusiyanın iki müxalifət partiyası Kremlə qarşı qüvvələri birləşdirməyə ilk cəhd kimi 2016-cı il parlament seçkilərinin birgə platforma ilə qatılacaqlarını açıqlayıb.

Publika.az-ın məlumatına görə, qətlə yetirilmiş dissident Boris Nemtsovun təsis etdiyi RPR-Parnas siyasi partiyası müxalifət fəalı Aleksey Navalnının rəhbərlik etdiyi İnkişaf Partiyası ilə birləşəcəyini bəyan edib.

Ölkədəki basqılar son illər Rusiya siyasi müxalifətinin prezident Vladimir Putinə qarşı mübarizə qabiliyyətini zəiflədib.

"Bu gün biz müxalifətin real möhkəmlənməsindən danışırıq. 2016-cı il seçkilərində bir siyahı ilə getməyimiz müxalifətin birliyi üçün mühüm amildir", - RPR-Parnas-ın lideri Mixail Kasyanov bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR