30 il davam edən SAXTAKARLIQ
Bizi izləyin

Dünya

30 il davam edən SAXTAKARLIQ

ABŞ höküməti üçün işləyən məhkəmə-tibb ekspertləri 30 ilə yaxın müddət ərzində yüzlərlə cinayət işi üzrə yalan rəylər hazırlayıblar.

Publika.az xəbər verir ki, bu barədə Washington Post qəzeti yazıb. Qəzetin iddiasına görə, bunu rəsmən ABŞ Ədliyyə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti etiraf edib. Belə ki, cinayət hadisəsi törədilən yerdə aşkar edilmiş tüklərin təhqiqi barədə nəticələr ittiham tərəfilə razılaşdırıldıqdan sonra verilirmiş.

İddia olunduğuna görə, ekspertiza səhvləri 1972-ci ildən 1999-cu ilədək baş verib.

Washington Post qəzetinin məlumatına görə, ölüm hökmü çıxarılması ilə nəticələnmiş azı 32 cinayət işi də daxil, yanlış ekspertiza rəyləri 2,5 min cinayət işinin baxılmasına təsir göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm