• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İcazəsiz küçəyə çıxdığına görə arvadını yandırdı

  • Dünya
  • 20 Aprel 2015 06:14
  • 970 Baxış
İcazəsiz küçəyə çıxdığına görə arvadını yandırdı

Pakistanda “namus üstə qətl”də günahlandırılan Məhəmməd Siddik həbs olunub. O, atası ilə əlbir olub arvadını öldürməkdə ittiham edilir. Musavat.com-un məlumatına görə, bu barədə “France-Press”in xəbərində deyilir.

Qətlin motivi kimi 25 yaşlı Şabana Bibinin evdən bayıra ərinin icazəsi olmadan çıxdığı göstərilir. Onlar 3 il imiş ki, nikahda imişlər. Bildirilir ki, qadın özbaşına bacısı gilə gedib. Qayıdanda isə əri atası ilə birgə onu döyüb, üstünə benzin töküb və yandırıb. Bədən səthinin 80%-i yanan gənc qadın xəstəxanada dünyasını dəyişib.

Pakistanda qadın hüquqlarının müdafiəsi ilə məşğul olan “Aurat” Fondunun məlumatına görə, ailə üzvlərinin belə hücumları nəticəsində 2008-ci ildən üzü bəri ölkədə 3 mindən çox qadın həlak olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR