SOS: Yerlə bağlı daha bir təhlükə
Bizi izləyin

Dünya

SOS: Yerlə bağlı daha bir təhlükə

Yer kürəsinin 500-ə yaxın asteroidlə toqquşmaq təhlükəsi var.

Bu fikir Avropa Kosmos Agentliyinin (ESA) İtaliyanın Fraskati şəhərində keçirilən elmi yığıncağında söylənilib.

Agentliyin direktoru Detlef Koçni Yer kürəsini təhdid edən 500-ə yaxın asteroidin yaxın vaxtlarda planetimizlə toqquşması mümkünlüyünün 100-də bir nisbətində olduğunu deyib.

Asteroidlərin Yer kürəsinə nə kimi təhlükə yaradacağını əvvəldən öyrənməyin agentliyin əsas vəzifələrindən biri olduğunu diqqətə çatdıran direktor real təhlükə yaranacağı təqdirdə vəziyyətdən iki çıxış yolu olduğunu bildirib: birincisi, Yerə istiqamətlənən asteroidlərin sürətini azaltmaqla onları planetimizdən yan keçməsinə nail olmaq, ikincisi, onları nüvə bombalarının köməyi ilə dağıtmaq.

Direktor Yer kürəsində böyük dağıntılara və canlıların kütləvi məhvinə səbəb ola biləcək asteroidlərin qarşısını almaq istiqamətində elmi tədqiqatların davam etdirildiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm