“Öldürülən o deyil” – İraqdan gələn xəbər təkzib edildi
Bizi izləyin

Dünya

“Öldürülən o deyil” – İraqdan gələn xəbər təkzib edildi

İraqın keçmiş lideri Səddam Hüseynin sağ qolu hesab olunan İzzət İbrahim əl-Duri öldürüldüyü barədə xəbər təkzib edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Durinin qərargahından onun sağ olduğu bildirilib.

“İşğalçıların on iki ildir edə bilmədiyini bir-iki soyğunçumu edəcək? Hər aldığı böyük zərbədən sonra bu cür xəbərlərin yayılması onların nə qədər aciz və gücsüz olduqlarını göstərir”, - Durinin qərargahından deyilir.

Xatırladaq ki, Durinin ölüm xəbəri aprelin 17-də yayılıb. İraqın Səlahəddin vilayətinin valisi Raid Əl-Cuburi İzzət İbrahim Əl-Durinin Tikrit şəhərinin şərqində İŞİD terror təşkilatı ilə İraq ordusu arasında gedən döyüşlərdə öldürülüb. Durinin cəsədinə aid olduğu deyilən fotoşəkillər isə mediada yayılıb.

Durinin ölüm xəbəri 2014-cü ilin noyabr ayında da yayılmışdı. ABŞ-ın 55 nəfərlik ən çox axtarılan iraqlılar siyahısında 6-cı yerdə olan və başına 10 milyon dollar mükafat qoyulan Durinin ölüm xəbəri yalan çıxmışdı.

“İraqın qanuni dövlət başçısı, İraq Ordularının baş komandiri və BAAS Partiyasının rəhbəri İzzət İbrahim Əl-Duri çox güclü mühafizə olunur. Onun olduğu bölgədə təxminən 30 kilometrlik ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb. Bu bölgədə ən azı 1000 fədai döyüşə hazır vəziyyətdədir. Böyük komandirin olduğu bölgələr Bağdaddakı “yaşıl bölgə”dən daha etibarlıdır”, - xəbərdə qeyd edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm