Gəmi qəzasında 1000 nəfər ölüb - ŞOK
Bizi izləyin

Dünya

Gəmi qəzasında 1000 nəfər ölüb - ŞOK

Liviyadan İtaliyaya qaçaq miqrant aparan və Siciliya boğazında, Lampeduza adası sahillərində batan gəmidə minə qədər insan olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qəzadan xilas olan Banqladeş vətəndaşı bildirib.

KİV-də qəzadan sonra 50 nəfərin sağ qaldığı bildirilmişdi. Ancaq sonradan məlum olub ki, onların sayı 28 nəfərdir. Gəmidə Əlcəzair, Misir, Somali, Nigeriya, Seneqal, Mali, Zambiya, Banqladeş və Qana vətəndaşları olub. Qəza vaxtı həlak olanların dəqiq sayı hələlik məlum deyil. Belə ki, miqrantların çoxu hələ itkin düşmüş sayılır. Son məlumatlara görə, xilasedicilər 24 nəfərin cansız bədənini sudan çıxarıblar. Onlardan biri uşaqdır. Hazırda 18 gəmi itkin düşənlərin axtarışi ilə məşğuldur. Axtarış-xilasetmə tədbirlərinə həmçinin vertolyotlar cəlb edilib.

İtaliya sahil təhlükəsizlik xidmətindən verilən məlumata görə, gəmidə 50 uşaq və 200 qadın olmaqla təxminən 950 insan olub. Qeyd edək ki, bundan əvvəlki məlumatda gəmidə 700-ə qədər insanın olduğu bildirilmişdi.

İtaliya və Malta qeyri-leqal miqrantlar üçün ən sevilən ölkələr sırasındadır. Tunis sahilindən 113 kilometr uzaqlıqda yerləşən kiçik italyan adası Lampeduza isə gəmi qəzaları ilə məşhurdur. Ada sahillərindən hər ay yeni gəmi qəzaları haqqında xəbərlər gəlir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm