Dünya
“Qafqaz Əmirliyi”nin lideri öldürüldü – FOTO(18+)
Dağıstan Muxtar Respublikasında növbəti anti-terror əməliyyatı həyata keçirilib.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Buynaks şəhərətrafında xüsusi əməliyyatın gedişatında üç döyüşçü öldürülüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlardan biri “Qafqaz Əmirliyi”nin lideri Əliaşkab Kebekov (Ali Abu Muhammad Dağıstani kimi tanınır – Ö.D.)) ola bilər. Xəbərdə bildirilir ki, döyüşçülər bazar günü evin altındakı bunkerdə gizləniblər. Onlar təhlükəsizlik əməkdaşlarının təslim olmaq barədə tələbinə rədd cavabı veriblər. Silahlı qarşıdurmadan əvvəl döyüşçülər evdə olan bir neçə uşağı çölə buraxıblar.
Xüsusi əməliyyatın iştirakçıları arasında itki yoxdur. Evin isə qismən dağıldığı bildirilir.
Qeyd edək ki, “Qafqaz Əmirliyi” 2007-ci ildə yaradılıb. Onun keçmiş lideri Doku Umarov 2011-ci ildə “Domodedovo” aeroportunda və 2010-cu ildə Moskva metrosunda partlayışlarda ittiham olunur. Təşkilat Rusiya tərəfindən dini ekstremizm ideyaların təbliğində günahlandırılır. Rusiya Federasiyasının Ali məhkəməsi 2010-cu ilin fevral ayında “Qafqaz Əmirliyi”ni terror təşkilatı kimi tanıyıb və onun Rusiya ərazisində fəaliyyətini qadağan edib.
2014-cü ilin martında Şimali Qafqaz döyüşçüləri xəbər verdilər ki, Kebekov Doku Umarovun ölümündən sonra “Qafqaz Əmirliyinə” başçı təyin edilib.
ABŞ-ın Maliyyə Nazirliyi də ötən ay Əliaşkab Kebekova qarşı sanksiyalar tətbiq edib. Onun adı terrorçuların siyahısına salınıb.
Ömər Dağlı
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR