Aralıq dənizində daha bir gəmi batdı
Bizi izləyin

Dünya

Aralıq dənizində daha bir gəmi batdı

Aralıq dənizində qeyri-qanuni miqrantlar aparan daha bir gəmi batıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, gəmidə təxminən 300 miqrant olub.

Beynəlxalq Miqrasiya Təşkilatı Romadakı bürosuna Aralıq dənizində beynəlxalq sularda hərəkət edən üç gəmidən yardım çağırışı gəldiyini açıqlayıb. Çağırışı edən şəxs özü ilə birlikdə 300 nəfərin olduğu gəminin batdığını və ən azı 20 nəfərin öldüyünü bildirib. Məlumata görə, o, digər iki gəminin vəziyyətinə dair detallı məlumat verməyib.

Qeyd edək ki, bu, Aralıq dənizində iki gün ərzində baş verən ikinci analoji hadisədir. Dünən içində təxminən 1000 nəfərin olduğu gəmi Siciliya boğazında batıb. Onlardan hələlik yalnız 28-i xilas edilib, digərləri isə itkin hesab olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm