Türkiyənin Eynşteyni dünyasını dəyişdi
Bizi izləyin

Dünya

Türkiyənin Eynşteyni dünyasını dəyişdi

Türkiyənin Eynşteyni hesab edilən professor Oktay Sinanoğlu ABŞ-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölüm xəbərini ilk olaraq xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabından verib.

“Professor Oktay Sinanoğluya Allahdan rəhmət diləyirəm. Cənazənin ölkəmizə gətirilməsi üçün Mayamidəki Baş konsolluğumuz lazım olan işləri görür”, - Çavuşoğlu yazıb.

Oktay Sinanoğlu bu günlərdə aparıldığı Florida ştatının Mayami şəhərindəki xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun 80 yaşı var idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm