İŞİD-in daha bir əmiri öldürüldü
Bizi izləyin

Dünya

İŞİD-in daha bir əmiri öldürüldü

İŞİD terror təşkilatı liderlərindən daha birini itirib.

Publika.az xəbər verir ki, kürdlərin “Rudaw” saytına danışan Mosuldan bir mənbə İŞİD-in Hay Semah bölgəsi üzrə rəhbəri Əbu Fehdə qarşı sui-qəsd edildiyini bildirib.

Sui-qəsd İŞİD əleydarı olan “Ketaib əl Musul” təşkilatının üzvləri tərəfindən edilib. Əbu Fehdin aldığı güllə yaralarından öldüyü bildirilir. Məlumata görə, müxtəlif silahlı qruplar İŞİD-in Mosuldakı rəhbərlərinə tez-tez hücumlar təşkil edir.

Deyilənə görə, Əbu Fehd bir sıra məscidlərdə tarixi əsərlərin məhv edilməsi əməliyyatlarına birbaşa rəhbərlik edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm