Maydanda insanları vuran bizim snayperlərimiz idi – ŞOK ETİRAF
Bizi izləyin

Dünya

Maydanda insanları vuran bizim snayperlərimiz idi – ŞOK ETİRAF

Kiyevdəki son Maydan hadisələrində nümayişçiləri və polisləri güllələyən snayperlərlə bağlı növbəti bir iddia irəli sürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Parlamentinin deputatı və Polşa prezidentliyinə namizəd Korvin-Mikke Yanuş “Wiadomosci” nəşrinə açıqlamasında 2014-cü ilin fevralında Meydan hadisələrində iştirak edən snayperlərin Polşada təlim aldığını bildirib.

“Maydan - bu bizim işimizdir. Mən Avropa Parlamentində Estoniyanın xarici işlər naziri Urmas Paetin yanında otururdum. O, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə keçmiş ali komissarı Ketrin Eşton ilə söhbətində etiraf etdi ki, bizim insanlarımız Meydanda güllələyirdilər, Rusiya prezidenti Vladimir Putinin və yaxud da Ukraynanın keçmiş lideri Yanukoviçin insanları deyil”, - polşalı siyasətçi bildirib.

Onun sözlərinə görə, snayperlər xaosu gücləndirmək üçün 40 nümayişçi və 20 polisi Maydanda güllələyiblər.

Qeyd edək ki, Maydan hadisələrində snayperlərin iştirakı məsələsində bu günə kimi qarşılıqlı ittihamlar bir-birini əvəz edir. Kiyev və Vaşinqton ABŞ, o cümlədən bir sıra Avropa ölkələri snayperlərin Rusiyadan gəldiyini iddia edirlər. Moskva isə bildirir ki, nümayişçilər və polislərin güllələnməsini işini Maydana yaxın binalarda yerləşdirilən amerikalı snayperlər həyata keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm