Misirdə erməni rəqqasə məhkum olundu
Bizi izləyin

Dünya

Misirdə erməni rəqqasə məhkum olundu

Qahirə məhkəməsi erməni rəqqasəni ölkənin dövlət bayrağını təhqir etdiyinə görə 6 ay müddətinə azadlıqdan məhrum edib.

Publika.az-ın məlumatına görə, Safinaz adlı rəqqasəyə qarşı ittihamda onun ötən il Qırmızı dəniz kurortlarından birində qonaqları əyləndirərkən geyindiyi paltar Misirin dövlət bayrağına bənzədiyi bildirilib.

2014-cü ildən Misirdə dövlət bayrağının təhqirinə görə 1 ilədək həbsxana cəzası nəzərdə tutulub.

Son illər Misir rəqqasələri islamçıların təsiri altında sıxışdırıldıqlarından şikayət edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm