Yəmənin paytaxtı bombalandı: 15 ölü
Bizi izləyin

Dünya

Yəmənin paytaxtı bombalandı: 15 ölü

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri aprelin 20-də yenidən şiələrin birləşdiyi Husi qruplaşmasının paytaxt Sanaadakı mövqelərinə zərbələr endiriblər.

Publika.az-ın məlumatına görə, hücum zamanı azı 15 nəfər öldüyü,onlarla adamın yaralandığı bildirilir. Hava zərbələrindən sonra yüzlərlə sakin həmin ərazini tərk edib.

Hazırda paytaxt Sanaa və Yəmənin bir sıra əyalətləri Husi yaraqlılarının nəzarətindədir. Ölkə prezidenti Mansur Hadi Səudiyyə Ərəbistanına qaçıb.

Ərəb ölkələri bildirir ki, Husi qrupunun arxasında İran durur. Tehran isə ittihamı rədd etsə də, Səudiyyədən hava hücumlarını dayandırmağı tələb edir. Əks təqdirdə Səudiyyəni raketlə vuracağını bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm