Raul Kastro Putinin sözünü yerə salmadı
Bizi izləyin

Dünya

Raul Kastro Putinin sözünü yerə salmadı

Kuba Dövlət Şurasının başçısı Raul Kastro Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək tədbirlərdə iştirak edəcək.

Publika.az “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasioya Şurasının spikeri Valentina Matviyenko bildirib.

Bundan əvvəl isə Rusiyanın Prezident Administrasiyasının başçısı Sergey İvanov bildirib ki, 25 ölkənin lideri və bir neçə beynəlxalq təşkilat Moskvada keçiriləcək qələbə paradında iştirakını təsdiqləyib. Bununla belə qonaqların dəqiq sayı mayın əvvəlində məlum olacaq.

Bu vaxta kimi Kremlin dəvətindən Polşa, Finlandiya, Cənubi Koreya, Çernoqoriya, İsrail, Bolqarıstan, Moldova, Litva, Latviya və Estoniya prezidentləri imtina ediblər. Almaniya kansleri Angela Merkel isə Moskvaya yalnız mayın 10-da gəlmək niyyətindədir.

Rusiya paytaxtına Belarus prezidenti Aleksandr Lukaşenko da gələ bilməyəcək. Onun sözlərinə görə, həmin gün Minskdə paradı qəbul edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm