Çin Türkiyəni NATO ilə bağlı razı salıb
Bizi izləyin

Dünya

Çin Türkiyəni NATO ilə bağlı razı salıb

Krımda vəziyyətin gərgin olaraq qaldığı bir vaxtda Rusiya mediasından Türkiyə ilə bağlı maraqlı bir iddia irəli sürülüb.

Publika.Az –ın “Rusiyanın səsi” radiosuna istinadən verdiyi məlumata görə, Çin NATO gəmilərinə boğazlardan keçməsinə icazə verməməsi üçün Türkiyəni razı salıb.

“Rusiyanın səsi”nin xəbərin görə, çinli diplomatlar Türkiyə baş nazir Rəcəb Tayyib Ərdoğanı bu mövzuda razı saldıqlarını düşünür. Bildirilir ki, Çin rəsmiləri bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.

Diplomatik mənbələr həmçinin, Çinin BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı müzakirələrində Rusiya əleyhinə olan hər hansı bir qərara veto qoyacağını qeyd edir.

Qeyd edək ki, İngiltərə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. Rusiya bu toplantıya qatılmayacaq. Ekspertlər isə ABŞ-ın İraq və Liviyaya hərbi müdaxilələr zamanı BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl etmədiyini xatırladır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm