Türk kəşfiyyatı PKK-nın planını deşifrə etdi
Bizi izləyin

Dünya

Türk kəşfiyyatı PKK-nın planını deşifrə etdi

Türkiyənin kəşfiyyat qurumlarının hazırladığı PKK hesabatı Baş nazirlik və Daxili İşlər Nazirliyinə təqdim edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Öcalanın tələbinə baxmayaraq, konqres qərarı verməyən PKK terror təşkilatının planı həmin hesabatla deşifrə olub.

Təşkilat “kürd məsələsi”nin həlli prosesinin başlandığı 2012-ci ildən etibarən 38 nəfəri öldürüb. PKK qurbanlarına “dövlət tərəfdarı”, “xain” və “agent” kimi adlar qoyaraq özünə haqq qazandırmağa çalışıb. Təşkilat İmralı adasında həbsdə olan lideri Abdullah Öcalanın bu ilin əvvəlində “silahı yerə qoyun” çağırışına baxmayaraq, 7 iyunda keçiriləcək parlament seçkiləri öncəsi seçiciləri təzyiq altında saxlamağı qarşısına məqsəd qoyub.

Bundan başqa, polis və hərbi məntəqələrə hücumlar artıb. Kəşfiyyat qurumları tərəfindən hazırlanan hesabatda qeyd olunub ki, təşkilatın əsas məqsədi Xalqların Demokratik Partiyasının (HDP) “seçki baryeri” problemini həll etməkdir. Xüsusilə son bir ayda edilən hücumların da bu məqsədə xidmət etdiyi bildirilir. Son ayda ölkədə keçirilən rəy sorğuları HDP-nin seçki baryerini keçə bilməyəcəyini göstərir.

Hesabata görə, PKK digər partiyaların deputatlığa namizədlərinə təhdid məktubları göndərir. Bu məktublarda bildirilir ki, HDP 10 faizlik seçki baryerini keçə bilməsə, buna görə məhz həmin namizədlər məsuliyyət daşıyacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm