Çavuşoğlu: “Türklər və ermənilər bu problemi birlikdə həll etməlidir”
Bizi izləyin

Dünya

Çavuşoğlu: “Türklər və ermənilər bu problemi birlikdə həll etməlidir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın paytaxtı Vaşinqtondakı görüşləri çərçivəsində “Carnegie Endowment for International Peace” beyin mərkəzində olub.

Publika.az “Anadolu” informasiya agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlu burada “Çalxalanan Orta Şərqdə Türkiyənin rolu” mövzusunda keçirilən konfransda çıxış edib.

“Parlamentləri razı salmaq, qanun qəbul etdirmək asandır. Ancaq bunlar problemlərin həll edilməsinə kömək etmir. Türkiyə və Ermənistan, türklər və ermənilər bu problemi birlikdə həll etməlidir”,- Xarici işlər naziri 1915-ci il hadisələri ilə əlaqədar bildirib.

Avropa Parlamentinin (AP) 1915-ci il hadisələri ilə bağlı qətnaməsini şərh edən Çavuşoğlu siyasətçilər, parlamentlər və beynəlxalq təşkilatların bu cür qərarlar verməsinin düzgün olmadığını, tarixin tarixçilər tərəfindən araşdırılmalı olduğunu dilə gətirib: “Tarixçilərin araşdırmalar aparmasına icazə verin. Türkiyə elm adamları və tarixçilərdən ibarət bir ortaq komissiyanın yaradılması və arxivlərin açılması ilə bağlı Ermənistana təklif verib. Hətta komissiyada üçüncü ölkələrin nümayəndələrinin iştirakını və digər ölkələrin arxivlərinin açılmasını təklif etmişik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm