Ərdoğanın şeir oxuduğu “Çanaqqala zəfəri” nümayiş olundu - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğanın şeir oxuduğu “Çanaqqala zəfəri” nümayiş olundu - VİDEO

Türkiyə Prezidenti Administrasiyasının Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı hazırladığı film nümayiş olunub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, filmdə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən səsləndirilən Arif Nihat Asyanın “Dua” şeiri də yer alıb.

Filmdə Kərkükdən Çanaqqalaya, Manisadan Qaziəntəpə qədər düşmənlə döyüşmək üçün cəbhəyə gələn əsgərlərdən bəhs edilir. Filmdə səhər saatlarında bir əsgər tərəfindən oxunan azan və Çanaqqala boğazında döyüş gəmilərinin görüntülərindən sonra Rəcəb Tayyib Ərdoğanın səsi eşidilir. O, “Dua” şeirini oxuyur.

Ərdoğanın oxuduğu şeir cəbhə görüntüləri arasında təqdim edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm