Türkiyə “soyqırım” aviareysini ləğv etdi
Bizi izləyin

Dünya

Türkiyə “soyqırım” aviareysini ləğv etdi

Türkiyə 24 aprel tarixinə nəzərdə tutulmuş “İstanbul-İrəvan” aviareysini ləğv edib.

Publika.az xəbər verir ki, bunu Ermənistan hökuməti yanında Mülki Aviasiya Baş idarəsinin mətbuat katibi Ruben Qrdzelyan “Aykakan jamanak” qəzetinin müxbirinə açıqlamasında deyib.

“Bizə ilin əvvəlində bildirmişdilər ki, Türkiyənin bir sıra ictimai təşkilatlarının nümayəndələri 24 apreldə soyqırımının qurbanlarının xatirəsini yad etmək üçün İrəvana gəlməyi planlaşdırırlar. Söhbət xüsusi olaraq bir sıra ictimai təşkilatları özündə birləşdirən “Durde” təşkilatından gedir. Çox güman ki, İstanbul-İrəvan xüsusi reysi Türkiyədə erməni soyqırımı məsələsi ətrafında qaldırılmış söz-söhbətdən sonra ləğv edilib”, - Ruben Qrdzelyan deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm