Dünya
Ukrayna Rusiyanın hərbi təcavüzünü rəsmiləşdirdi
Ukraynanın Ali Radası “Rusiya Federasiyasının silahlı təcavüzünün və onun nəticələrinin aradan qaldırılmasının müdafiəsi” haqqında qətnaməni qəbul edib.
Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, sessiyada qeydiyyatdan keçən 316 deputatdan 259-u qətnamə layihəsinin lehinə səs verib.
Ali Radanın spikerinin müavini Oksana Sıroyed qeyd edib ki, qətnamə layihəsi parlamentin bütün fraksiyaları tərəfindən dəstəklənib. Qətnamədə qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzü 20 fevral 2014-cü il tarixində Krımda başlayıb. Bildirilir ki, təcavüzün ilk mərhələsində Rusiyanın silahlı birləşmələrinin şəxsi heyəti fərqləndirici nişanlara malik deyildi.
Qətnaməyə əsasən, Rusiyanın Ukraynaya qarşı təcavüzünün ikinci mərhələsi 2014-cü ilin aprelində başlayıb. “Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən idarə olunan və maliyyələşdirilənlər silahlı cinayətkar qruplaşmalar “Donetsk Xalq Respublikası” (7 aprel 2014) və “Luqansk Xalq Respublikası”nın (27 Aprel 2014) yaradıldığını elan etdilər. Rusiyanın silahlı təcavüzünün üçüncü mərhələsi 27 avqust 2014-cü ildə Rusiya silahlı qüvvələrinin Donetsk və Luqansk vilayətlərinin ərazisinə kütləvi müdaxilə yolu ilə başlandı”, - qətnamədə deyilir.
Ali Rada Ukraynanın beynəlxalq partnyorlarını Rusiya Federasiyasını təcavüzkar dövlət olaraq tanımaqla insanlığa qarşı törədilən cinayətləri cəzasız qoymamağa çağırıb. Bundan başqa, Ali Rada Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi yolu ilə təzyiqin gücləndirilməsinə ehtiyacın olduğunu qeyd edib.
Ömər Dağlı
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...