Taliban və İŞİD bir-birlərinə qarşı cihad elan etdi
Bizi izləyin

Dünya

Taliban və İŞİD bir-birlərinə qarşı cihad elan etdi

Taliban və İŞİD terror təşkilatları bir-birlərinə qarşı cihad elan ediblər.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstanın Helmand Təhlükəsizlik İdarəsinin rəhbəri Nabi Can Mulahel bildirib.

Onun sözlərinə görə, Taliban İŞİD-i müsəlman təşkilatı hesab etmir və ona qarşı cihad edilməsi çağırışındadır. Nabi Can Mulahel deyib ki, eyni zamanda İŞİD də Talibanı İslam dininə qarşı sayır və cihad elan edib: “Əfqan təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, hazırda İŞİD hökumətin nəzarətindən çıxmış ərazilərdə fəaliyyətini gücləndirir və öz üzvlərinə təlimlər keçir”.

Xatırladaq ki, Əfqanıstanda İŞİD-in varlığı 6 ay öncə Helmand şəhərində Taliban və İŞİD arasında baş vermiş döyüş nəticəsində gündəmə gəlib. Həmin vaxtı Helmand şəhər rəsmiləri üzləri bağlı olan və əllərində qara bayraqlar daşıyan İŞİD üzvlərinin bu ərazilərdə Taliban ilə döyüşdüyünü bəyan etmişdi. Bundan əlavə, aprelin 18-də İŞİD-in Əfqanıstanda törətdiyi bombalı hücum nəticəsində 38 nəfər həyatını itirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm