İŞİD İraqda minlərlə qadını qaçırıb – ŞOK RƏQƏM
Bizi izləyin

Dünya

İŞİD İraqda minlərlə qadını qaçırıb – ŞOK RƏQƏM

İŞİD terror təşkilatı ötən ilin iyun ayından İraqda 3 min qadını qaçırıb.

Publika.az “Anadolu” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin qadın, ailə və uşaq komissiyasının başçısı Rihab əl-Ubude bildirib.

“Əldə etdiyimiz məlumatlara görə, İŞİD keçən ilin iyun ayından İraqda 3 min qadını qaçırıb. Bu qadınların əksəriyyəti Mosul ilə ölkənin şərq və qərbində geniş bölgələrin İŞİD tərəfindən ələ keçirilməsindən sonra qaçırılıb”, - komissiya sədri deyib.

O, sərbəst qalan qadınların sayı barədə dəqiq məlumatların olmadığını qeyd edib. Ubude bu müddətdə yüzlərlə uşağın da qaçırıldığını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm