• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Almaniyada “soyqırım” iddialarına qarşı yürüş keçiriləcək

  • Dünya
  • 21 Aprel 2015 18:41
  • 312 Baxış
Almaniyada “soyqırım” iddialarına qarşı yürüş keçiriləcək

Almaniyada türklərin yaratdıqları qeyri-hökumət təşkilatları paytaxt Berlində ermənilərin “soyqırım” iddialarına qarşı yürüş təşkil edəcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yürüşün aprelin 25-də keçirilməsi planlaşdırılıb.

Təşkilat komitəsindən verilən məlumata görə, yürüşdə Almaniya Türk Şurası, Atatürkçü Düşüncə Dərnəyi, Avropalı Türk Demokratlar Birliyi, Azərbaycan Koordinasiya Mərkəzi, Berlin Türk Camaatı, Diyanət İşləri Türk İslam Birliyi, İlahiyyatçılar Dərnəyi, İslam Mədəniyyət Mərkəzləri Birliyi, Tələt Paşa Komitəsi, Türk Təhsil Dərnəyi və digər təşkilatlar iştirak edəcək.

Yürüşdə minlərlə insanın iştirakı gözlənilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR