“Silahlı türk döyüşçülər Kiyevdə …”- İddia
Bizi izləyin

Dünya

“Silahlı türk döyüşçülər Kiyevdə …”- İddia

“Rusiyanın səsi” radiosu Kiyevdəki Qərbyönlüı xalq müqavimət qüvvələri arasında xarici döyüşçülərin də olduğunu bildirib.

Ukrayna və Rusiya arasında gərginliyin yüksəldiyi bir vaxtda mətbuat da bu qarşıdurmada yer alıb.Publika.Az –ın verdiyi xəbərə görə, “Rusiyanın səsi” radiosu Kiyevdəki Qərbyönlüı xalq müqavimət qüvvələri arasında xarici döyüşçülərin də olduğunu bildirib.

Xəbərdə, müqavimət qüvvələrinə qatılan, ancaq daha sonra “peşman olan” Rusiya vətəndaşı Vladislavın danışdıqları verilib. O, hərbi forma geyən xarici ölkə vətəndaşlarının Maydana getdiklərini, onların bəzilərinin silahlı olduğunu söyləyir.

“Xarici döyüşçülər arasında amerikalılar, almanlar, polyaklar və türklər var idi. Eyni formalar geyinirdilər. Xarici döyüşçülər artıq nəzarətdən çıxıb, onlar yeni hakimiyyəti belə təhdid edir”,- Vladislav vurğulayır.

Ukrayna Milli Xəbər Agentliyi (UNN) isə Rusiya və köhnə sovet respublikalarının mediasina “dürüst xəbər verin” çağırışı edib.

Qeyd edək ki, bu xəbər Maydandakı hadisələrdə xarici ölkə vətəndaşlarını iştirakı ilə bağlı ilk xəbər deyil. Maydanda ABŞ, Almaniya, Türkiyə, Fransa, İngiltərə, İtaliya, Azərbaycan, Kanada, Braziliya, Hindistan və digər ölkələrin bayraqlarının dalğalanması isə bu iddiaları daha da gücləndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm