İlker Başbuğ ermənilərlə bağlı kitab yazdı - FOTO
Bizi izləyin

Dünya

İlker Başbuğ ermənilərlə bağlı kitab yazdı - FOTO

Türkiyənin sabiq baş qərargah rəisi, təqaüddə olan general İlker Başbuğ müəllifi olduğu “Erməni ittihamları və reallıqlar” adlı kitabının imza günü keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən müəllif İlker Başbuğ sözügedən kitabın 1915-ci il hadisələrindən bəhs etdiyini söyləyib: “İndiyədək ermənilər daha çox 3 kitabdan təbliğat üçün istifadə edirlər. Əslində isə həmin kitablar özünü təbliğ etmək məqsədi daşıyır. Halbuki, dünya ictimaiyyəti və bu mövzuda müzakirə aparan insanlar məsələnin detallarından dəqiq məlumatlı deyillər. Ona görə də mən bu kitabda əsl həqiqətləri qələmə almağa qərar verdim. Bilirsiniz, ortada bir acı vəziyyətin olduğunu qəbul etmək məcburiyyətindəyik. Bir gerçək də var ki, indi Ermənistanın müstəqillik bəyannaməsinə nəzər yetirərkən görərik ki, hər ahnsı ölkəyə qarşı törədilmiş “soyqırım”ın beynəlxalq səviyyədə tanınması Ermənistan Konstitusiyasında da təsbit olunub. Əgər doğrudan da bu problemin həllini istəyiriksə, o zaman Türkiyə dövləti ilk addımın atılmasını Ermənistandan tələb etməlidir. Yəni, Ermənistan həqiqətən ortaq acı hadisənin baş verməsinə inanırsa, o zaman Ermənistan şəhidlərimizin ruhuna hörmət edən addım atmalıdır. Bu, iki ölkə arasında münasibətlərin normallaşmasına da xidmət edəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm