Medvedev Jirinovskinin təklif etdiyi armudu yemədi - FOTO
Bizi izləyin

Dünya

Medvedev Jirinovskinin təklif etdiyi armudu yemədi - FOTO

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski yenə də qəribə hərəkəti ilə gündəmə gəlib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, fraksiya rəhbəri bu dəfə Rusiyanın baş naziri Dmitri Medvedevə tərkibində yüksək dozada nitrat olan armud təklif edib.

O, həmçinin armudu nümayiş etdirən zaman Dumadakı salfetlərin də xaricdən alınmasına diqqəti çəkib: “Baxın, bizdə salfetlər İsveçrədən alınır. Niyə? Biz İvanovada belə salfet istehsal edə bilmərikmi?

Armuda gəlincə isə, o, bildirib ki, Rusiyaya gətirilən armudun tərkibində yüksək dozada nitrat var və əhali bununla zəhərlənir: “Rusiyaya əsasən Polşa, Argentina, Türkiyə, Belçika, Niderlanddan armud idxal olunur. Bu armudun tərkibində təhlükəli qarışıq olan nitratlar var. Bununla bütün ölkə zəhərlənir. Baxın, nitrometrlə armudda olan nitratın miqdarını ölçürəm. Mən Rusiya vətəndaşlarına səslənirəm, mağazadan armud alarkən nitrometrlə yoxlayın”.

O, çıxışının sonunda Medvedevə yaxınlaşaraq ona armudun dadına baxmağı təklif edib.

“Yemirəm” deyərək baş nazir armudu yeməkdən imtina edib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm