İran amerikalı müxbiri casusluqda ittiham edir
Bizi izləyin

Dünya

İran amerikalı müxbiri casusluqda ittiham edir

ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Vaşinqton Post”un müxbiri İranda hakim qarşısına çıxarılacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İranda doqquz aydır ev həbsində saxlanılan Jason Rezayan casusluq, düşmən hökumətlərlə əməkdaşlıq etmək və təbliğatda ittiham olunur.

“Vaşinqton Post”un əməkdaşına qarşı irəli sürülən ittihamlar Ağ Ev tərəfindən etirazla qarşılanıb. Xarici İşlər Nazirinin sözçüsü Maria Harf ittihamları “axmaqlıq” hesab etdiklərini bildirib.

Rezayanın hakim qarşısına çıxacağı tarix isə hələ məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm