• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Nemtsov siyahısı" hazırlandı

  • Dünya
  • 22 Aprel 2015 06:36
  • 347 Baxış
"Nemtsov siyahısı" hazırlandı

Rusiya Respublika Partiyasının (RPR-PARNAS) həmsədri Mixail Kasyanov və partiyanın Federal Siyasi Şurasının üzvü Vladimir Kara-Murza ABŞ-a təqdim etmək üçün “Nemtsov siyahısı” hazırlayıblar.

Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, 8 nəfər rusiyalı jurnalist və televiziya rəhbərinin adı salınan bu siyahı sanksiyalar tətbiq olunması üçün ABŞ-ın rəsmilərinə təqdim ediləcək.

M.Kasyanov qeyd edib: “Cümə axşamı mən Vaşinqtonda olacağam və ABŞ Konqresi ilə “Nemtsov siyahısı”nı müzakirə edəcəyik. Bu siyahıda olan şəxslər, bizim fikrimizcə, cəmiyyətdə KİV vasitəsilə nifrət yayan təbliğatçılardır. Xüsusilə, onlar cəmiyyətdə Boris Nemtsova qarşı nifrət yayıb, onu de-fakto zəhərləyib və ona qarşı hücumlara çağırış ediblər”.

Onun sözlərinə görə, siyahıda jurnalistlər Vladimir Solovyov, Dmitri Kiselyov, Arkadi Mamontov, Andrey Karaulov, telekanal rəhbərləri Vladimir Kulistikov və Oleq Dobrodeyev, eləcə də Dövlət Dumasının üzvü Aleksey Puşkov kimi şəxslərin adı yer alır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR