Bərzani Türkiyədən dəstək istədi
Bizi izləyin

Dünya

Bərzani Türkiyədən dəstək istədi

İraq kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani Mosulda İŞİD terror təşkilatına qarşı həyata keçiriləcək əməliyyat üçün Türkiyədən dəstək istəyib.

Publika.az Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Məsud Bərzani ABŞ-ın “Azadlıq” radiosuna açıqlamasında ABŞ və koalisiya ölkələrinin dəstəyi ilə keçiriləcək əməliyyatda Türkiyə və İranın birbaşa iştirak etməyəcəyini bildirib.

Kürd lideri Türkiyənin silah və lojistik dəstək verəcəyi halda, buna görə təşəkkür edəcəyini deyib.

Məsud Bərzani hədəflərinin müstəqillik olduğunu növbəti dəfə dilə gətirib. O heç bir hadisə və vəziyyətin müstəqil Kürdüstan hədəflərinə maneə ola bilməyəcəyini söyləyib: “Əsas hədəfimiz bölgədə müstəqil bir Kürdüstanın qurulmasıdır. Bunun üçün çalışırıq. Ancaq bu, tərəflərin razılaşması ilə həll ediləcək bir məsələdir, döyüşlə deyil”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm