Ərəb ölkələri Yəməndə hava hücumlarını dayandırdı
Bizi izləyin

Dünya

Ərəb ölkələri Yəməndə hava hücumlarını dayandırdı

Ərəb ölkələri birliyi Yəməndə hərbi əməliyyatın başa çatdığını bəyan edib.

Axar.az xəbər verir ki, 10 ərəb ölkəsinin dəstəyi ilə husilərə qarşı aparılan hərbi əməliyyat sona çatıb.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi mövcud əməliyyatın hədəfinə çatdığını, indi yeni siyasi mərhələyə keçildiyini bildirib.

Bu arada Səudiyyə Ərəbistanı kralı Yəməndə quru əməliyyatlarına başlanılması haqqında göstəriş verib. Onun əmrinə əsasən Səudiyyə Qvardiyasına Yəmənə daxil olmağa icazə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm