İstanbulda terrorçulara qarşı “Şəfəq” əməliyyatı
Bizi izləyin

Dünya

İstanbulda terrorçulara qarşı “Şəfəq” əməliyyatı

İstanbul polisinin terrorla mübarizə şöbəsinin xüsusi hərəkət qüvvələri gecə saatlarında şəhərin Güzeltepe və Nurtepe məhəllələrində “Şəfəq” əməliyyatı keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat şərçivəsində “İnqilabi xalq azadlıq partiyası-cəbhəsi" (DHKP-C) terror təşkilatına məxsus bir çox ünvanda axtarışları aparılıb.

İşində təşkilat üzvlərinin yaşadığı deyilən bir konteyner ərazidən aparılıb. Əməliyyat zamanı baş verə biləcək hər hansı qarşıdurmaya vaxtında müdaxilə etmək üçün havadan helikopter, qurudan isə su vuran hərbi texnika cəlb edilib.

Axtarışlar nəticəsində saxlanılanlar barəsində məlumat verilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm