Fələstin məsələsinin həlli İranın tərk-silah edilməsindən asılıdır - İsrail
Bizi izləyin

Dünya

Fələstin məsələsinin həlli İranın tərk-silah edilməsindən asılıdır - İsrail

Fələstin məsələsinin həlli İranın tərk-silah edilməsindən asılıdır - İsrail

“Fələstin dövlətinin qiyməti İranın nüvə arsenalının tərk-silah edilməsidir.”

İnterAz-ın "əl-Ərəbiyyə" telekanalına istinadla verdiyi xəbərə görə, bunu Britaniyanın “The Sunday Times” qəzeti yazıb.

“Benyamin Netanyahu Fələstin dövlətinin təsis edilməsi, İordan çayının qərb sahillərindəki ərazilərin əksəriyyətinin boşaldılması, eləcə də Qüds şəhəri ilə bağlı problemin həlli barədə ilkin razılığını verir. Lakin bu, İranın nüvə arsenalının tərk-silah edilməsindən asılıdır.”, - sözügedən qəzet İsrail baş naziri Benyamin Netanyahunun yaxın müşavirlərindən birinin bəyanatını yazıb.

Bildirək ki, B.Netanyahu bu gün Vaşinqtonda ABŞ Prezidenti Barak Obama ilə görüşəcək. Müzakirələrin gündəmi ilə bağlı məlumatlı olan mənbələrdən bildirilib ki, İsrail rəsmisi bu görüşdə İranda uranın zənginləşdirilməsi prosesinin, nüvə başlıqları istehsalının tam olaraq dayandırılması və 1500 kilometrdən artıq məsafə qət edə bilən ballistik raketlərin məhvini tələb edəcək və yalnız bu tələblərin yerinə yetiriləcəyi təqdirdə Fələstin dövlətinin təsisi məsələsini Knessetə (ölkə Parlamentinə - red.) çıxaracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm