“Zəncilərin həyatı əhəmiyyətlidir” - Amerika polisinə qarşı aksiya - FOTOLAR
Bizi izləyin

Dünya

“Zəncilərin həyatı əhəmiyyətlidir” - Amerika polisinə qarşı aksiya - FOTOLAR

ABŞ-ın Merilend ştatının Baltimor şəhərinin qaradərili sakini Fred Qreyin həbsxanada döyülərək öldürülməsinə qarşı etiraz aksiyası keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, polisə qarşı keçirilən aksiyaya 3 min nəfər qatılıb.

“Zəncilərin həyatı əhəmiyyətlidir” və “Ədalət yox, sülh yox” kimi şüarlar səsləndirən insanlar polis şöbəsinin qarşısına gələrək şam yandırıblar.

Qeyd edək ki, Baltimor şəhərinin qaradərili sakini Fred Qrey həbsdə olarkən aldığı travmalardan aprelin 19-da dünyasını dəyişib. O, aprelin 12-də saxlanılmışdı. Dörd polis velosiped sürən 25 yaşlı Qreyi saxlamaq istəyib. Lakin o, polisə qulaq asmayıb və hərəkətinə davam edib. Nəhayət, Qreyi tutaraq həbsxanaya gətiriblər. Burada vəziyyəti ağırlaşan Qrey xəstəxanaya aparılıb və həkimlər ona onurğa fəqərələrinin sınıq diaqnozunu qoyub. Həkimlər komaya düşən qaradərilini ayılda biliblər. Onun üzərində cərrahiyyə əməliyyatı keçirilib. Ancaq həkimlərin səyləri nəticə verməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm