Taliban “yaz hücumu”nu elan etdi
Bizi izləyin

Dünya

Taliban “yaz hücumu”nu elan etdi

Taliban hərəkatı Əfqanıstanda sürətli “yaz hücumu”nun başlandığını elan edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, əməliyyat aprelin 24-də başlanır.

“Xarici işğalçılar, onların hərbi bazaları, kukla rejiminin məmurları, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və kəşfiyyat xidmətləri bu əməliyyatların əsas hədəfi olacaqlar”, - təşkilatın bəyanatında deyilir.

Bəyanatda həmçinin NATO-nun əsas kontingentinin Əfqanıstandan çıxarılması şərh edilib: “Düşmən bütün hərbi gücünə baxmayaraq, məğlubiyyətə uğradı və hərbi bazalarını ataraq qaçmağa məcbur oldu”.

Hazırda Əfqanıstanda 10 min, NATO ölkələrinin üç min hərbi qulluqçusu var. ABŞ-ın planlarına görə, ölkədə 2015-ci ilin sonuna kimi 5 min hərbi qulluqçusu qalmalıdır. 2016-cı ilin sonuna kimi bütün xarici qoşunların Əfqanıstandan çıxarılması planlaşdırılır.

2014-cü ilin dekabrında Taliban hərəkatının nümayəndəsi Zabixulla Mücahid ABŞ və onların müttəfiqlərinin məğlubiyyətini elan edib. O, qeyd edib ki, onlar əhəmiyyətli heç nə nail olmayıblar. 2001-ci ildən Əfqanıstanda təxminən 2,2 min amerikalı daxil olmaqla, 3,5 min xarici hərbi qulluqçu həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm