• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Obama Ankaraya səfir, İrəvana nazir göndərir

  • Dünya
  • 22 Aprel 2015 18:07
  • 798 Baxış
Obama Ankaraya səfir, İrəvana nazir göndərir

Aprelin 24-də Çanaqqala zəfərinin 100 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərdə Amerika Birləşmiş Ştatlarını (ABŞ) bu ölkənin Türkiyədəki səfiri John Bass təmsil edəcək.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ankaradakı səfirliyinin yaydığı bəyanatda deyilir.

Məlumata görə, Çanaqqala zəfərinin 100 illik yubileyində ABŞ prezidenti Barak Obama iştirak etməyəcək, əvəzində isə Birləşmiş Ştatlar Türkiyədəki səfirini tədbirlərə göndərəcək. Səfirlikdən bildirilib ki, ABŞ Dövlət Departamenti bu barədə qərar qəbul edib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama eyni gündə Ermənistanda keçiriləcək tədbirlərdə iştirak etmək üçün ölkənin maliyyə naziri Jack Levin başçılıq edəcəyi 6 nəfərlik nümayəndə heyətini İrəvana göndərəcək.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR