Bu ölkədə hər gün 2 min qız uşağı öldürülür
Bizi izləyin

Dünya

Bu ölkədə hər gün 2 min qız uşağı öldürülür

Hindistanda doğulmamış uşaqların cinsiyyətinin təyin olunması qadağan edilsə də bu, qız uşaqlarının öldürülməsinin qarşısını tamamilə almağa kömək etmir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə orta hesabla hər gün 2 min qız uşağı öldürülür.

Bu rəqəmi yerli xəbər kanalı NDTV-yə danışan qadın və uşaq inkişafı naziri Maneka Qandi səsləndirib. Ölkədə doğumdan əvvəl qız olduğu məlum olan uşaqların bir çoxları tərəfindən abort edildiyini deyən nazir bəzilərinin isə doğumdan sonra öldürüldüyünü bildirib.

2011-ci ildə aparılan bir araşdırmaya görə, ölkədə son üç ildə abort edilərək öldürülən qız uşaqlarının sayı 12 milyonu keçib. Hindistanda qadınların sayı gün keçdikcə azalır. Təcavüz hadisələrinin çoxaldığı Hindistanda bəzi ailələr qız uşaqlarını məktəbə göndərmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm