Dünya
Mursiyə çıxarılan hökmdən sonra Qahirədə iğtişaşlar başlayıb
Misir KİV-lərinin yaydığı məlumata görə, ölkənin sabiq
prezidenti Məhəmməd Mursiyə hökm çıxarılandan sonra Qahirənin bir
sıra rayonlarında onun tərəfdaşları ilə polis işçiləri arasında
toqquşmalar baş verib.
Qahirə ətrafındakı Əl-Mənsuriyə qəsəbəsində şiddətli toqquşmalar
olub. Burada təqribən 150 islamçı aprelin 21-də Misirin sabiq
başçısına çıxarılan hökmə qarşı etiraz aksiyası təşkil edib.
Məlumata görə, hüquq mühafizə orqanlarının nümayəndələri
toplaşanları qovmağa cəhd göstərəndə etirazçılar atəş açıblar.
Nəticədə bir polis yaralanıb, iğtişaşa təhrik edən 15 nəfər
saxlanılıb.
Həmin vaxt mərkəzi Təhrir meydanında əldəqayırma partlayıcı qurğu
zərərsizləşdirilib.
Qahirə cinayət məhkəməsi 2013-cü ilin iyul ayında hakimiyyətdən
uzaqlaşdırılmış Məhəmməd Mursini aprelin 21-də 20 il müddətinə
ciddi rejimli həbs cəzasına məhkum edib. Sabiq prezident və
“Müsəlman qardaşlar” hərəkatının daha 14 lideri 2012-ci ilin
payızında Qahirədə “Əl-İttihadiyyə” prezident sarayının yanında
faciəli hadisələr ilə bağlı iş üzrə ittiham olunublar.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...