Yəməndə hava zərbələri bərpa olundu - FOTO
Bizi izləyin

Dünya

Yəməndə hava zərbələri bərpa olundu - FOTO

Yəməndə husi üsyançıları üçüncü böyük şəhər Taizdə hərbi briqadanın baş qərargahını ələ keçirib.

Publika.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisya qüvvələri husilərə qarşı bir aydır davam edən hava hücumlarına son qoyulduğunu bəyan etməsindən sonra hava zərbələrini bərpa edib.

Səudiyyə Ərəbistanından telelviziya ilə çıxışı zamanı Yəmən prezidenti Əbd-Rəbbu Mənsur Hadi deyib ki, ölkədəki böhran yaxın zamanda başa çatacaq və onun hökuməti Yəmən xalqının ümidlərini bərpa edəcək.

Səudiyyə Ərəbistanı isə bundan sonra diqqətini BMT-nin Yəməndə dəstəklədiyi sülh danışıqlarına yönəldəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm