Türkiyə ŞOKDA: Keçmiş müttəfiqi “soyqırımı” tanıdı - VİDEO
Bizi izləyin

Dünya

Türkiyə ŞOKDA: Keçmiş müttəfiqi “soyqırımı” tanıdı - VİDEO

Avstriya parlamenti 1915-ci il hadisələrini “soyqırımı” olaraq tanıyıb.

Publika.az-ın məlumatına görə, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, parlamentin qərarından dərhal sonra Türkiyənin Avstriyadakı səfiri Mehmet Hasan Göğüş geri çağırılıb.

Türkiyənin Xarici İşlər Nazirliyi Avstriya Parlamentinin qərarını pisləyib. Bununla bağllı rəsmi Ankaranın yaydığı bəyanatda bildirilir ki, Avstriya parlamentinin tarixi faktları görməməzlikdən gələrək Türk xalqını hansısa cinayətdə ittiham etməyə haqqı çatmır. “Türkiyə və Türk xalqı tarixinə atılan bu böhtanı unutmayacaq”, - bəyanatda deyilir.

Qeyd edək ki, Birinci Dünya Müharibəsi ərəfəsində Türkiyə və Avstriya eyni cəbhədə döyüşüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm