• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Roma Papası homoseksualı səfir kimi təsdiqləmədi

  • Dünya
  • 23 Aprel 2015 06:35
  • 402 Baxış
Roma Papası homoseksualı səfir kimi təsdiqləmədi

Roma Papası Fransisk gizli şəkildə Fransanın Vatikan yanında missiyasının yeni başçısı vəzifəsinə təyin edilmiş namizədlə görüşüb və onun akkreditasiyasından imtina elədiyini şəxsən ona bildirib.

Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, rəsmi Paris 55 yaşlı Loran Stefanini belə bir diplomatik rol üçün həddən artıq peşəkar hesab edirdi.

Məlumata görə, Vatikan başçısının imtinasına səbəb yeni səfirin qeyri-ənənəvi cinsi oriyentasiyası olub.

Stefani hələ yanvarın 5-də bu vəzifəyə təyin edilib. Nikolay Sarkozi dönəmində o, Yelisey sarayının protokol xidmətinin başçısı işləyib. 2001-2005-ci illərdə Fransanın Vatikandakı səfirliyində ikinci şəxs və Fransa XİN-də dini məsələlər üzrə müşavir olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR