• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

ABŞ “soyqırım” müzakirəsində son nöqtəni qoydu

  • Dünya
  • 23 Aprel 2015 12:37
  • 494 Baxış
ABŞ “soyqırım” müzakirəsində son nöqtəni qoydu

ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə bağlı 24 apreldə edəcəyi çıxışında “soyqırım” ifadəsini işlətməyəcəyinin məlum olmasından sonra ABŞ-dan ilk rəsmi şərh Xarici İşlər Nazirliyindən gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Maria Harf Vaşinqtonda təşkil etdiyi gündəlik mətbuat konfransında “soyqırım” müzakirələrində son nöqtəni qoyub.

Jurnalistlərdən biri xatırladıb ki, Barak Obama prezidentliyə namizəd olduğu zaman “erməni soyqırımı”nı tanıyacağına dair vəd verib. O, Obamanın bu vədi yerinə yetirmədiyini və amerikalı ermənilərin Ağ Evin türklərin təzyiqinə təslim olduğunu düşündüyünü deyib.

Maria Harf isə cavabında bildirib ki, ötən illərdə sərgilədiyi davranışın doğru olduğuna inanmaqda davam edirlər: “Mövzular haqqında nə söyləyəcəyimizə və necə danışacağımıza dair qərarları özümüz veririk. Prezident Obamadan Osmanlı imperiyasının son illərində 1,5 milyon erməninin qətl edildiyi, yaxud da ölümə getməyə məcbur edildiyinə dair tarixi gerçəklər haqqında çox güclü ifadələr eşidəcəksiniz. Bunu davamlı olaraq və dəfələrlə ifadə edib. Bu il bəziləri bir az fərqli ifadələri eşitmək istəyirdi, bunu bilirik. Onların dünyagörüşünü anlayırıq, amma ötən illərdə sərgilədiyi davranışın doğru olduğuna inanmaqda davam edirik”.

Qeyd edək ki, iki gün əvvəl Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Ben Rodes ABŞ-dakı erməni diaspor qurumları olan Amerika Erməni Təşkilatı və Amerika Erməni Milli Komitəsi ilə Ağ Evdə görüşüb. Ben Rodes görüşdə erməni diasporuna Obamanın 24 aprel çıxışında “soyqırım” ifadəsini işlətməyəcəyini bildirib.

Amerika Erməni Milli Komitəsi yazılı açıqlamasında Obamanın 24 aprel çıxışında “soyqırım” sözünü işlətməyəcəyini təsdiqləyib. Komitənin baş direktoru Aram Hamparyyan deyib ki, ona və görüşə qatılacaq başqalarına ABŞ prezidenti Barak Obamanın planlaşdırılan 24 aprel çıxışında “soyqırım” sözünü işlətməyəcəyi barədə rəsmilər tərəfindən xəbərdarlıq edilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR