• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

AKP-li millət vəkili: “Bu, Azərbaycan, Ermənistan və Rusiyanın maraqlarına cavab verir”

  • Dünya
  • 23 Aprel 2015 16:10
  • 425 Baxış
AKP-li millət vəkili: “Bu, Azərbaycan, Ermənistan və Rusiyanın maraqlarına cavab verir”

Rusiya prezidenti Vladimir Putin Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etməyəcək. Putin gözlənildiyi kimi İrəvanı seçərək aprelin 24-də 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə bağlı Ermənistanda keçiriləcək tədbirlərdə iştirak barədə qərar verdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarın Türkiyə-Rusiya əlaqələrinə zərər verməyəcəyini söyləyib. Ankara da Kreml ilə eyni cür düşünürmü?

Publika.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin xarici işlər komitəsinin başçısı, AKP-li millət vəkili Əhməd Berat Conkar “Sputnik” informasiya agentliyinə Putinin İrəvan səfərini qiymətləndirib.

Türkiyənin 1915-ci il hadisələri ilə əlaqədar mövqeyinin çox açıq olduğunu vurğulayan Çonkar Ankaranın ortaq bir tarixi komissiyanın qurulması və bütün arxivlərin açılması barədə təkliflərini xatırladıb.

“Böhtanlara söykənən, yalnız təktərəfli ağrıları görən yanaşmaları qəbul etmirik. Türkiyənin Rusiya ilə möhkəm əlaqələri var. Həssaslığımızın diqqətə alınacağını, obyektiv bir yanaşmanın hakim olacağını düşünürəm. Bu bölgədə əlaqələrin inkişaf etdirilməsi Rusiya, Türkiyə, Ermənistan və Azərbaycanın maraqlarına cavab verir. Bunu etmək üçün isə ədalətli bir yaddaşa söykənən dünyagörüşə ehtiyac var. Mən bütün dövlət adamlarından şüurlu hərəkət gözləyirəm və bunun belə olacağına ümid edirəm”, - komitə rəhbəri bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR