Avropa Rusiya ilə müharibəyə hazırlaşır - VİDEO
Bizi izləyin

Dünya

Avropa Rusiya ilə müharibəyə hazırlaşır - VİDEO

Avropa Parlamentində (AP) ən böyük fraksiyanı təşkil edən Avropa Xalq Partiyasından olan (YENP) deputatlar Rusiyaya qarşı müharibə hazırlığından danışıblar.

Publika.az xəbər verir ki, bu barədə “EurActiv” nəşri yazıb.

Qeyd edək ki, YENP Avropa Parlamentində ən böyük sağ sentrizm partiyasıdır. Partiya Avropa dövlətlərinin ən nüfuzlu liderlərinin, həmçinin Almaniya kansleri Angela Merkelin dəstəyinə malikdir.

YENP-in nümayəndələri keçirdikləri iclasda Rusiyanı Avropa dəyərlərini şübhə altına almaqda ittiham ediblər. “Biz anlatmağa çalışmalıyıq ki, vuruşa getməyə hazırıq”, - YENP-in tədqiqat mərkəzinin rəhbəri Roland Froydenştayn bildirib.

Deputatlar Tunne Kelam və Kristian Den Preda Rusiyanı Avropa Birliyinin rəqibi elan ediblər. Rusiya təcavüzkar xarici siyasətin həyata keçirilməsində ittiham edən avropalı siyasətçilər Baltikyanı respublikaların və Moldovanın Moskvanın hədəfində olduğunu bildiriblər. Baxmayaraq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri bu ittihamları dəfələrlə rədd ediblər.

İclasda Sərqi Avropa ölkələrində hava hücumundan müdafiə sistemlərinin sonrakı yerləşdirilməsi imkanları müzakirə olunub. AP-nin deputatı Dario Tamburranonun fikrincə, Avropa Birliyi Ukrayna böhranı fonunda dünya səhnəsində qüvvələrin yerləşdirilməsinə yenidən baxılmasının iqtisadi maraqlarına təsir edəcəyindən narahatdır: “Görünür, Avropa Birliyi daha çox ona görə tərəddüd etməyə başlayır ki, özünün iqtisadi və ticarət maraqlarını qeyri-Avropa hədəflərinə tabe etməli olacaq”.

Rusiya ilə müharibəyə hazırlıq daha çox beş ölkə - Estoniya, Latviya, Litva, Polşa və Böyük Britaniya timsalında müşahidə edilir. Latviyanın müdafiə naziri Reymond Veyonisin hesab edir ki, üç vasitə ilə Rusiya təcavüzünü saxlamaq olar. “Biz anladıq ki, Rusiyanı müxtəlif vasitələrin köməyi ilə saxlamaq olar. Birincisi, öz güclərimizlə, ikincisi müttəfiqlərin – ABŞ və digər ölkələrin Baltikyanı ölkələrinin ərazisində hərbi baxımdan gücləndirilməsi ilə, üçüncüsü isə Rusiyanın davranışı haqqında dərin biliklərlə”.

“Rusiya Federasiyasının iqtisadiyyatı tamamilə xammal resurslarından, xüsusən energetikadan asılıdır. Buna görə də hakimiyyət hərbi qələbələr qazanmalıdır. Son illərdə bunun şahidi oluruq”, - Veyonis deyib.

Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin başçısı Aleksey Puşkov adıçəkilən beş ölkənin anti-Rusiya təbliğatına diqqət çəkib. Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasında Estoniya, Latviya, Litva, Polşa və Böyük Britaniya Rusiyaya qarşı kampaniyanın əsas animatorlarıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm