Şahzadədən vəd: "Yəməni bombalayın, “Bentley” verəcəyəm"
Bizi izləyin

Dünya

Şahzadədən vəd: "Yəməni bombalayın, “Bentley” verəcəyəm"

Səudiyyəli milyarder, kral ailəsinin üzvü şahzadə əl-Vəlid bin Talal Yəməndə Husi qiyamçılara qarşı hava hücumlarında iştirak edən pilotlara olduqca bahalı hədiyyə vəd edib.

Publika.az İngiltərənin “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, şahzadə hava hücumlarına qatılan 100 pilotun hər birinə lüks avtomobil verəcəyini söyləyib.

“Əməliyyata qatılan səudiyyəli pilotlara 100 “Bentley” avtomobili hədiyyə etməkdən qürur duyacağam”, - şahzadə “Tvitter” hesabında yazıb. Əl-Vəlid bin Talalın “tvit”i daha sonra sildiyi bildirilir.

Səudiyyə Ərəbistanının qurucusu Əbdüləziz ibn Səudun nəvəsi olan 60 yaşındakı bin Talal dünyanın ən zəngin insanlarından biridir. Sərvəti təxminən 23 milyard dollar olduğu deyilən şahzadənin “Savoy Otel”, “Apple”, “Citigroup” və “News Corp” kimi şirkətlərdə payı var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm