Qəddafinin təyyarəsi Fransaya qaldı
Bizi izləyin

Dünya

Qəddafinin təyyarəsi Fransaya qaldı

Liviyada 40 illik hakimiyyətindən sonra qiyamçılar tərəfindən öldürülən Müəmmər Qəddafiyə məxsus xüsusi təyyarə Fransada saxlanılır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hücumların hədəfi ola biləcəyi iddiası ilə Fransaya göndərilən xüsusi təyyarə bir daha Liviyaya qayıtmaya bilər.

Müxalifət silahlıları 2011-ci ilin oktyabrında Trablus hava limanında təyyarəni tapmış, lakin ona zərər verməmişdilər. Qəddafinin ölümündən sonra ölkədə sabitlik yarada bilməyən səlahiyyətlilər təyyarənin hücumlara hədəf ola biləcəyini düşünüb. “Airbus A340” tipli təyyarə 2012-ci ildə Fransaya göndərilib. Təyyarə burada sərnişin təyyarəsi vəziyyətinə gətirilib.

2013-cü ilin sentyabr ayında modernləşmə işləri başa çatıb və təyyarə mülki uçuşlarda istifadə edilməsi üçün 2013-cü ildə Liviyaya göndərilib. Lakin müxtəlif silahlı qruplar arasında döyüşlər davam etdiyindən təyyarə 2014-cü ilin martında yenidən Fransaya göndərilib. Təyyarənin bir daha qaytarılacağı isə sual altındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm